- 10:58
Rusiyanın Çita şəhərində güclü yağışlardan sonra evlərin və sahələrin su altında qalması səbəbindən fövqəladə vəziyyət elan edilib.
E-huquq.az xəbər verir ki, bu barədə şəhərin rəhbəri İnna Şeqlova məlumat yayıb.
Şeqlovanın sözlərinə görə, fövqəladə vəziyyət rejimi çərçivəsində küçə-yol şəbəkəsinin su basmış ərazilərindən suyun çəkilməsi, problemli sahələrin doldurulması üçün torpağın götürüləcəyi yerlərin müəyyənləşdirilməsi, kollektorların təmizlənməsi və ya bərpası, quyuların, yaşayış evlərinin və ərazilərin təmizlənib dezinfeksiya edilməsi həyata keçiriləcək.
Bildirilib ki, torpaq sahələrinə baxış keçirmək üçün komissiyalar da yaradılıb.
Fövqəladə vəziyyət nəticəsində zərər çəkən vətəndaşlara 15 min rubl məbləğində yardımı veriləcək. Bu ödəniş birdəfəlikdir və ailənin üzvlərindən yalnız birinə ödənilir.
Humay Eminqızı