Slovakiyada 147 000-dən çox ukraynalıya müvəqqəti müdafiə statusu verilib


  • 10:58

Slovakiyada 147 320 Ukrayna vətəndaşı mMüvəqqəti müdafiə statusu əldə edib.

E-huquq.az xəbər verir ki, bu məlumatı "TASR" informasiya agentliyi yayıb.

Məlumata görə, iyun ayında respublika 2 040 ukraynalıya belə status verib.

Slovakiyanın hər 1 000 sakininə müvəqqəti müdafiə statusu almış 27,2 ukraynalı düşür.

Slovakiya Avropa İttifaqında (Aİ) əhalinin sayına nisbətdə ən çox ukraynalının müvəqqəti müdafiə statusu aldığı ikinci ölkədir. Birinci yerdə Çexiya qərarlaşıb. Burada hər 1 000 sakinə 35,8 belə ukraynalı düşür.

Aİ ölkələrində ümumilikdə 4,1 milyon Ukrayna vətəndaşına müvəqqəti müdafiə statusu verilib. Birliyin üzv dövlətlərinin ümumi əhalisinin sayına nisbətdə hər 1 000 sakinə müvəqqəti müdafiə statusu almış 9,1 ukraynalı düşür.

Humay Eminqızı

Oxşar xəbərlər