- 11:45
"Yaponiya Ukraynadakı münaqişənin səbəblərini araşdırmadan Moskvaya qarşı heç bir səbəb olmadan sanksiyalar tətbiq edib".
E-huquq.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bu açıqlamanı Rusiya Hərbi Dəniz Qüvvələrinin Sakit Okean Donanmasının təlimləri zamanı bildirib.
"Məruzələr zamanı adı çəkilən qonşumuz Yaponiyanın mövqeyini anlamaq istərdik. Söhbət Ukraynadakı hadisələri bəhanə gətirərək, bu münaqişənin səbəblərinə varmadan, Rusiyaya qarşı tərəfimizdən heç bir təxribat törədilmədən sanksiyalar tətbiq edən ölkədən gedir”, - Putin deyib.
O bildirib ki, Rusiyanın Yaponiyaya qarşı heç bir iddiası yoxdur və o, Yaponiyanın təhlükəsizliyinə heç bir təhdid yaratmır.
Putinin sözlərinə görə, rəsmi Tokio Kuril adaları ilə bağlı Moskvaya qarşı iddialara malikdir. Lakin İkinci Dünya müharibəsindən sonra həmin adalar Rusiyaya məxsusdur.
Humay Eminqızı