- 13:29
Nigeriyada "Lassa" qızdırmasından ölənlərin sayı bu il 237-yə çatıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi məlumat yayıb.
Məlumata görə, ölkənin 23 ştatındakı 116 yerli idarəetmə bölgəsində yoluxma halları aşkarlanıb.
Məlumata görə, iyulun 20-dən 26-dək ölkə üzrə 17 yeni yoluxma halı qeydə alınıb və altı nəfər bu xəstəlik səbəbindən həyatını itirib.
Beləliklə, yanvar ayından bəri ölkədə təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 1000-ə, ölüm halları isə 237-yə çatıb.
Açıqlamada ölkədə Lassa qızdırması üzrə ölüm nisbətinin 23,7 faizə yüksəldiyi və 53 tibb işçisinin də bu xəstəliyə yoluxduğu qeyd edilib.
Qeyd edək ki, 2025-ci ildə ölkə daxilində 190 nəfər Lassa virusu səbəbindən həyatını itirib.
Humay Eminqızı