- 13:29
Zimbabvedə Kariba gölündə bərənin aşması nəticəsində 15 nəfər ölüb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, "Mbuyanehanda" bərəsi Kariba şəhərindən Çalala ərazisinə hərəkət edərkən Lonq-Aylend yaxınlığında aşıb.
Axtarış-xilasetmə əməliyyatları zamanı 53 nəfər xilas edilib, daha 15 nəfərin isə cəsədi çıxarılıb.
Zimbabve polisinin açıqlamasında bərədə azı 90 sərnişin və 5 ekipaj üzvünün olduğu bildirilib.
Dörd yaşınadək uşaqlar üçün bilet tələb olunmadığından, sərnişinlərin faktiki sayının daha çox ola biləcəyi ehtimal edilir.
Polis, hərbi dalğıclar və digər xilasetmə qrupları itkin düşmüş sərnişinlərin axtarışını davam etdirirlər.
Qeyd edək ki, Zambiya və Zimbabve sərhədində yerləşən Kariba gölü Afrika qitəsində Nil timsahlarının ən sıx məskunlaşdığı ərazilərdən biridir.
Humay Eminqızı