- 13:47
İspaniya zəlzələ nəticəsində zərər çəkmiş Kolumbiyaya yardım paketi ayıracaq.
E-huquq.az xəbər verir ki, bu barədə İspaniyanın xarici işlər naziri Xose Manuel Albares jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, zəlzələdən sonra ən təxirəsalınmaz ehtiyacların qarşılanması üçün ilk yardım paketini 1 milyon avro təşkil edəcək.
Yardım çərçivəsində Kolumbiyaya dərman preparatları da göndəriləcək.
Albares bildirib ki, təbii fəlakətdən sonra 75 İspaniya vətəndaşı ilə əlaqə yaratmaq mümkün olmayıb.
Xatırladaq ki, avqustun 10-da Çoko departamentindəki San-Xose-del-Palmar şəhərində 7,4 bal gücündə zəlzələ baş verib.
Humay Eminqızı