Fransada məşhur atom elektrik stansiyasının 3 reaktoru fəaliyyətini dayandırıb


  • 13:53

Fransanın Nord bölgəsindəki "Gravelines" atom elektrik stansiyasının üç reaktorunun fəaliyyəti dayandırılıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, meduzalar reaktorların soyutma sistemlərində istifadə olunan nasosları tıxayıb.

Stansiyanın operatoru olan EDF şirkəti dördüncü reaktorun da istehsal gücünün yarıbayarı azaldıldığını açıqlayıb.

Məlumata görə, altı reaktoru olan stansiyada hazırda yalnız bir reaktor tam gücü ilə elektrik enerjisi istehsal edir.

Altıncı reaktor isə yaxın həftələrdə planlaşdırılmış texniki baxış üçün artıq istismardan çıxarılıb.

Operator şirkət vəziyyətin obyektlərin və işçilərin təhlükəsizliyi, eləcə də ətraf mühit üçün heç bir təhlükə yaratmadığını açıqlayıb.

Qeyd edək ki hər biri 900 meqavat gücə malik altı reaktoru ilə "Gravelines" AES Qərbi Avropanın ən böyük atom elektrik stansiyaları sırasına daxildir.

Humay Eminqızı

Oxşar xəbərlər