Hindistanda torpaq sürüşməsi nəticəsində 6 nəfər həlak olub


  • 14:00

Hindistanın Mumbay şəhərinin Kurla ərazisində torpaq sürüşməsi nəticəsində 6 nəfər həlak olub.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər dağıntılar altında qalıb.

2 yaralı xəstəxanaya çatdırılıb.

Hadisə yerində xilasetmə əməliyyatları aparılır.

Qeyd edək ki, torpaq sürüşməsi Mumbayda güclü yağışların davam etdiyi bir vaxtda baş verib. Hindistan Meteorologiya Departamenti ölkənin cənub-qərb sahillərində yaxın günlərdə leysan yağışların yağacağını proqnozlaşdırır.

Humay Eminqızı

Oxşar xəbərlər