Böyük Britaniyada isti hava iqtisadiyyata 4,4 milyard funt-sterlinq ziyan vurub


  • 15:10

Böyük Britaniyada istilik dalğaları səbəbindən yaranan istehsal itkilərinin yaratdığı iqtisadi ziyan üç ay ərzində ümumilikdə 4,4 milyard funt-sterlinqə yaxındır.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, avqustun 10-da ölkənin 71 faizində rəsmən quraqlıq elan edilib və bütün bölgələrdə su ehtiyatlarının gərgin vəziyyətdə olması barədə xəbərdarlıq verilib.

"Verdant" analitik mərkəzinin təhlilinə əsasən, istilik dalğalarının səbəb olduğu iqtisadi ziyan may ayında 510 milyon funt-sterlinq, iyun ayında 2,36 milyard funt-sterlinq, iyul ayında isə 1,5 milyard funt-sterlinq həcmində qiymətləndirilib.

Üç aylıq dövr ərzində istehsalın azalması nəticəsində yaranan ümumi iqtisadi itki 4,4 milyard funt-sterlinq təşkil edib.

İtkilər əsasən ölkənin cənub-şərqində, Londonda və digər müəyyən bölgələrdə cəmlənib.

Aparılan təhlilə əsasən, həddindən artıq istiyə qarşı zəruri tədbirlər görülməzsə və istilik dalğaları şiddətlənərsə, belə hadisələr nəticəsində yaranan iqtisadi itkilərin 2030-cu ilə qədər 25,6 milyard funt-sterlinqə çatacağı proqnozlaşdırılır.

Böyük Britaniyada bu həftə ilin beşinci istilik dalğası müşahidə olunub. Sabah havanın temperaturunun 36-37 dərəcəni keçəcəyi gözlənilir.

Humay Eminqızı

Oxşar xəbərlər