Ukrayna NATO-dan sualtı avadanlıq və dronlar istəyib


  • 15:55

Ukrayna hökuməti NATO-dan minatəmizləmə məqsədilə sualtı pilotsuz aparatlar, metal detektorları və dərin su dalğıc dəbilqələri də daxil olmaqla, sualtı minatəmizləmə avadanlıqları istəyib.

E-huquq.az xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

Sənəddə qeyd olunur ki, Ukrayna Avro-Atlantik Fəlakətlərə Cavab Koordinasiya Mərkəzi (EADRCC) vasitəsilə humanitar minatəmizləmə və partlayıcı qurğuların daşınması üçün avadanlıq istəyib.

Məlumata görə siyahıya 10 ədəd avtonom sualtı pilotsuz aparat, 50 metrdən artıq dərinlikdə işləmək üçün dalğıclar üçün 20 ədəd ağır tipli dəbilqə, akvalanqçıların səthlə əlaqəsi üçün 10 rabitə stansiyası, 50 ədəd sualtı metal detektoru, 1 700 ədəd sualtı videokamera, 100 ədəd məsafədən idarə olunan detonator daxildir.

Humay Eminqızı

Oxşar xəbərlər