- 15:55
Kolumbiyada zəlzələ qurbanlarının xatirəsinə üç günlük milli matəm elan edilib.
E-huquq.az xəbər verir ki, bu barədə "BluRadio" radiostansiyası məlumat yayıb.
Matəm günlərində dövlət qurumlarının binalarında, eləcə də Kolumbiyanın xaricdəki səfirlik və konsulluqlarında bayraqlar yarıya qədər endiriləcək.
Xatırladaq ki, avqustun 10-da Çoko departamentindəki San-Xose-del-Palmar şəhərində 7,4 bal gücündə zəlzələ baş verib.
Zəlzələ nəticəsində azı 240 nəfər həlak olub.
Humay Eminqızı