- 16:53
Banqladeşdə qızılcadan ölən uşaqların sayı 885-ə çatıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Banqladeş Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, son 24 saat ərzində daha beş uşaq qızılcadan həyatını itirib.
Bundan əlavə, son 24 saat ərzində qeydə alınan 941 yeni yoluxma faktı qeydə alınıb.
Qeyd edək ki, Banqladeş hökuməti, aprelin 7-də çox sayda uşağın qızılca şübhəsi səbəbindən həyatını itirməsindən sonra təcili peyvəndləmə kampaniyasına başlamaq barədə qərar qəbul edib. Pnevmoniya və ensefalopatiyaya səbəb ola bilən qızılca, bütün dünyada peyvəndlə qarşısı alına bilən ölüm hallarının əsas səbəbləri sırasındadır.
Humay Eminqızı