- 10:58
Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 21-ci sanksiya paketi çərçivəsində banklarla bağlı tətbiq etdiyi məhdudiyyətlər qüvvəyə minib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, rəsmi Moskva dəfələrlə birtərəfli qaydada tətbiq olunan Qərb sanksiyalarının qanunsuz və səmərəsiz olduğunu bildirib.
İyulun 27-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Rusiya Avropa sanksiyalarına uyğunlaşıb və sanksiya təzyiqi şəraitində necə yaşamağı və inkişaf etməyi bilir.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bəyan edib ki, Aİ-nin 21-ci sanksiya paketinə cavab olaraq görüləcək tədbirlər tezliklə elan olunacaq.
Humay Eminqızı