Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 265-ə çatıb


  • 11:51

Kolumbiyanın qərbində baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 265 nəfərə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti Abelardo de la Espriella məlumat yayıb.

Fəlakət nəticəsində 3 494 nəfər xəsarət alıb, 496 nəfər itkin düşüb.

Onun sözlərinə görə, zəlzələdən ümumilikdə 52 816 nəfər zərər görüb.

Milli Məhkəmə Tibbi və Məhkəmə Ekspertizası İnstitutu gətirilən 202 cəsəddən 122-sinin şəxsiyyətinin müəyyən edildiyini açıqlayıb.

Xatırladaq ki, avqustun 10-da Çoko departamentindəki San-Xose-del-Palmar şəhərində 7,4 bal gücündə zəlzələ baş verib.

Humay Eminqızı

Oxşar xəbərlər