- 13:49
Yaponiyanın baş naziri Sanae Takaiçi Rusiya Prezidenti Vladimir Putinin İturupa səfəri ilə əlaqədar Rusiya Federasiyasına etirazını bildirib.
E-huquq.az xəbər verir ki, bu barədə jurnalistlərə Yaponiyanın Baş naziri Takaichi Sanae məlumat verib.
Takaiçi vurğulayıb ki, Tokionun "Şimal əraziləri" adlandırdığı bütün ərazilər, o cümlədən İturup adası, həm tarixi, həm də hüquqi baxımdan Yaponiyanın əzəli ərazisidir. O, həmçinin Putinin Kuril adalarına səfərinin Yaponiyanın mövqeyinə tamamilə zidd olduğunu və bunun yapon xalqını incitdiyini bildirib.
Qeyd edək ki, ötən əsrin ortalarından bəri Moskva və Tokio İkinci Dünya Müharibəsindən sonra sülh müqaviləsi bağlamaq üçün danışıqlar aparırlar. Kuril adalarının cənub hissəsinə olan hüquqlarla bağlı fikir ayrılıqları bu məqsədə çatmaq yolunda əsas maneə olaraq qalır.
Humay Eminqızı