Paşinyan elektrik enerjisi idxalı ilə bağlı Azərbaycanla əməkdaşlığa hazır olduğunu bəyan edib


  • 13:41

Ermənistan süni intellekt layihələrinin sürətli inkişafı fonunda elektrik enerjisinə tələbatın artacağı təqdirdə Azərbaycanla enerji sahəsində əməkdaşlığa hazırdır.

E-huquq.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Paşinyan bildirib ki, yaxın vaxtlara qədər Ermənistanda elektrik enerjisi artıqlığından danışılırdı. Lakin süni intellekt obyektlərinin sürətlə inkişaf etməsi və gözləniləndən daha çox enerji istehlak etməsi ölkədə elektrik enerjisinə tələbatı artıra bilər.

"Bəzən elektrik enerjisi ala, bəzən isə onu sata bilərik. Türkiyə, İran, Gürcüstan və digər ölkələrlə olduğu kimi, Azərbaycanla da elektrik enerjisinin idxalı və ixracı sahəsində əməkdaşlıq edə bilərik", - deyə Paşinyan bildirib.

Bununla belə, Ermənistan hökumətinin enerji strategiyasının dəyişmədiyini vurğulayan baş nazir ölkənin əsas hədəfinin enerji müstəqilliyini qorumaq olduğunu qeyd edib.

Humay Eminqızı

Oxşar xəbərlər