Çində gəmiqayırma zavodu yanır, xəsarət alanlar var


  • 15:40

Çinin cənub-şərqində yerləşən Futszyan əyalətində gəmiqayırma zavodunda yanğın daha sonra isə partlayış baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Yanğın yerli vaxtla saat 13:09-da Fuan şəhər dairəsinin Qantan qəsəbəsində yerləşən gəmiqayırma zavodunda başlayıb.

Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb olunub.

Partlayış yerli vaxtla saat 14:10-da baş verib.

Hadisə nəticəsində azı 12 nəfər xəsarət alıb. Xəsarət alanlar arasında 10 yanğınsöndürən də var.

Alovun söndürülməsi istiqamətində işlər davam etdirilir.

Humay Eminqızı

Oxşar xəbərlər