- 15:45
Türkiyənin Aralıq dənizi sahilində yerləşən Fethiye kurortunun Katrancı körfəzində gəzinti gəmisində yanğın baş verib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, göyərtədə olan 115 nəfərdən heç biri xəsarət almayıb.
Hadisə yerli vaxtla saat 11:00 radələrində baş verib.
Yanğın yaxtanın mətbəxində başlayıb. Hadisənin səbəbi hələlik məlum deyil. Yanğın taxta konstruksiyalı gəmini qısa müddətdə bürüyüb.
Sərnişinlər, o cümlədən uşaqlar, xilasedici jiletlər geyinərək dənizə atılıblar. Onların təxliyəsi üçün hadisə yerinə xilasedicilər və sahil mühafizəsi bölmələri göndərilib.
Yaxtanın özü tamamilə yanıb.
Humay Eminqızı