Qahirədə ticarət mərkəzində partlayış oldu - 3 nəfər öldü, 17 nəfər yaralandı


  • 00:50

Qahirənin şərqindəki “Arabella Plaza” ticarət mərkəzində helium balonunun partlaması nəticəsində 3 nəfər ölüb, 17 nəfər yaralanıb.

E-huquq.az Misirin Səhiyyə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, bütün zərərçəkənlər artıq xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyi hadisənin hədiyyə mağazasında baş verdiyini və partlayış nəticəsində yanğın olduğunu bildirib. Nazirlik əlavə edib ki, yanğın söndürülüb və təhlükəsizlik qüvvələri hadisənin səbəblərini araşdırır.

Oxşar xəbərlər