Hindistanda tunel uçub, 7 nəfər həlak olub


  • 10:30

Hindistanın Uttarakhand əyalətində tikilməkdə olan tunel uçub.

E-huquq.az xəbər verir ki, bu barədə əyalət polisi məlumat yayıb.

Hadisə iki kilometrlik tunelin daxilində torpaq sürüşməsi nəticəsində baş verib.

Tuneldə 20-dən çox işçi olub.

Hadisə nəticəsində 7 işçi həlak olub, 1 nəfər isə itkin düşmüş hesab olunur.

Uçqun baş verən ərazidə axtarış-xilasetmə əməliyyatı davam edir.

Humay Eminqızı

Oxşar xəbərlər