Türkiyədə ağır qəza, ölənlər və yaralılar var


  • 11:34

Türkiyənin Diyarbəkir vilayətinin Çınar rayonunda mikroavtobusun traktora arxadan çırpılması nəticəsində iki nəfər ölüb, altı nəfər yaralanıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, qəza Mardin-Diyarbəkir magistral yolunun Çınar rayonunun Beşpınar kəndi yaxınlığında baş verib.

İ.U.-nun idarə etdiyi mikroavtobus N.B.-nin idarə etdiyi traktora arxadan çırpılıb. Güclü zərbədən sonra mikroavtobus aşıb.

Qəza nəticəsində iki nəfər hadisə yerində həyatını itirib, altı nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım, xilasedicilər və jandarma əməkdaşları cəlb olunub.

Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra onlar xəstəxanalara çatdırılıblar.

Qəza ilə bağlı araşdırma aparılır.

Humay Eminqızı

Oxşar xəbərlər