- 12:40
Almaniyanın Reyn-Vestfaliya əyalətinin Hürtgenwald bələdiyyəsində baş verən meşə yanğını yaşayış məntəqələrinə doğru irəliləyir.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğın alovları Gey məhəlləsinə təxminən 200 metr məsafəyədək yaxınlaşıb.
Sakinlərin təhlükəsizliyinin təmin olunması məqsədilə ərazidə təxliyə tədbirlərinə başlanılıb. Məlumata görə, artıq 2 min nəfər təhlükəsiz ərazilərə köçürülüb.
Yanğın nəticəsində təxminən 300 hektar meşə sahəsi zərər görüb. Hadisə yerində yanğının yayılmasının qarşısının alınması üçün genişmiqyaslı işlər aparılır.
Qeyd edək ki, Almaniya-Belçika sərhədinə yaxın yerləşən Hürtgenwald bələdiyyəsində təxminən 9 min nəfər yaşayır.
Humay Eminqızı