- 13:25
Puerto-Rikolu boksçu Priçard Kolon 33 yaşında dünyasını dəyişib.
E-huquq.az xəbər verir ki, bu barədə “The Ring Magazine” jurnalı məlumat yayıb.
Kolon peşəkar karyerasında məğlubedilməz boksçu olub.
O, sonuncu döyüşünü 2015-ci ilin oktyabrında amerikalı Terrel Uilyamsa qarşı keçirib. Uilyams döyüş zamanı dəfələrlə qadağan olunmuş şəkildə Kolonun başının arxa nahiyəsinə zərbələr endirib. Kolonun vəziyyəti soyunub-geyinmə otağında pisləşib və o, huşunu itirib. Təcili xəstəxanaya çatdırılan boksçu əməliyyat edilib. Əməliyyatdan sonra o, 221 gün komada qalıb.
Komadan çıxdıqdan sonra Kolon əlil arabasına məhkum olub və vegetativ vəziyyətdə yaşayıb. O, müstəqil şəkildə yerimək və danışmaq qabiliyyətini tamamilə itirib.
Humay Eminqızı