Fransada meşə yanğını 1100 hektar ərazini kül edib


  • 15:56

Fransanın Land departamentinin Luqlon kəndində davam edən meşə yanğınında 1100 hektar ərazi külə dönüb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bölgəyə təxminən 500 yanğınsöndürən cəlb edilib.

Luqlon kəndinin şimal və qərb istiqamətindəki 2 yol nəqliyyatın hərəkəti üçün bağlanıb.

Bölgədə yaşayan təxminən 525 nəfər təxliyə edilib.

Qeyd edək ki, Luqlonda dünən başlayan meşə yanğınının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Ölkədə meşə yanğınları riski ilə əlaqədar 57 departamentdə “narıncı”, 4 departamentdə isə “qırmızı” təhlükə səviyyəsi elan edilib.

Güclü istilərin yanğınlara mənfi təsir göstərdiyi Fransada bu il meşə yanğınları səbəbilə 117 min hektardan çox ərazi külə dönüb.

Humay Eminqızı

Oxşar xəbərlər