Türkiyədə avtomobil sel sularına qapılaraq çaya düşüb, 2 nəfər itkin düşüb


  • 16:26

Türkiyənin Giresun vilayətində güclü yağış və tufan nəticəsində bir avtomobil sel sularına qapılaraq çaya düşüb.

E-huquq.az "TRT haber"ə istinadən xəbər verir ki,dünən günortadan sonra başlayan güclü yağışlar vilayət mərkəzi ilə yanaşı, Piraziz, Bulancak, Keşap, Espiye, Tirebolu, Görele, Eynesil, Dereli, Çanakçı, Güce, Yağlıdere və Doğankent rayonlarında fəsadlara səbəb olub.

Yağışlarla əlaqədar vilayət üzrə 162 müraciətin daxil olduğu bildirilib. Nəqliyyat vasitəsində olduğu ehtimal edilən iki nəfərin axtarışına başlanılıb.

Axtarışlara yerüstü qruplarla yanaşı, dalğıcların da cəlb edilməsi üçün Fövqəladə Halların İdarə Edilməsi Agentliyinə (AFAD) müraciət edilib.

Keşap-Karabulduk yolunda daşqının yaratdığı fəsadların aradan qaldırılması və yolun təmizlənməsi istiqamətində işlər davam etdirilir. Nəqliyyatın hərəkəti bərpa olunsa da, təhlükəsizlik məqsədilə keçidə nəzarət olunur.

Axtarış-xilasetmə və digər bərpa işlərinə 783 nəfər heyət və 332 texnika cəlb edilib.

Humay Eminqızı

Oxşar xəbərlər