- 17:43
ABŞ-nin Los-Anceles ştatında istidən əziyyət çəkən ayı sərinləmək üçün bir evin hovuzuna girib.
E-huquq.az xəbər verir ki, ev sahibləri hovuzdakı dalğalanmaları görəndə orada ayının olduğunun fərqinə varıblar.
Ayı suda sərinlədikdən sonra sakitcə hovuzdan çıxaraq evin bağçasını tərk edib.
Qeyd edək ki, hazırda ştatda 35 dərəcədən yuxarı istilər müşahidə olunur.
Humay Eminqızı