- 17:22
İspaniyada müşahidə edilə bilən tam Günəş tutulmasından sonra 530-dan çox insan tibbi yardım üçün müraciət edib.
E-huquq.az xəbər verir ki, bu barədə “Europa Press” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, müraciətlərin əhəmiyyətli hissəsi tutulmanı müşahidə etdikdən sonra gözlərdə yaranan narahatlıqla bağlı olub.
Avqustun 12-si axşam İspaniyada Pireney yarımadasından bir əsrdən artıq müddətdən sonra ilk dəfə tam Günəş tutulmasını müşahidə etmək mümkün olub. Təbiət hadisəsini təhlükəsiz izləmək üçün sakinlərə və ölkəyə gələn qonaqlara xüsusi eynəklərdən istifadə etmək tövsiyə olunub.
Humay Eminqızı