- 00:52
İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, daha 19 nəfər isə yaralanıb.
***
İsrailin Livanın cənubunda yerləşən Ənsar qəsəbəsinə hücumunda 7 nəfər ölüb.
Livan mediasının xəbərinə görə, İsrailin hava zərbələri qəsəbənin kənarında yaşayış evini hədəfə alıb, ölənlər arasında qadın və uşaqlar da var.
Üç nəfərin isə xəsarət aldığı bildirilib.
İsrail Müdafiə Qüvvələri (IDF) hücumun “Hizbullah” infrastrukturuna qarşı həyata keçirildiyini bildirib.