- 15 Avqust 21:02
Moskva və Moskva vilayəti ötən gecə son zamanların ən böyük dron hücumlarından birinə məruz qalıb.
E-huquq.az xəbər verir ki, bu barədə Moskva şəhərinin mer Sergey Sobyanin və vilayət qubernatoru Andrey Vorobyov məlumat paylaşıb.
S.Sobyaninin sözlərinə görə, ötən axşamdan bəri paytaxt istiqamətində 600-ə yaxın PUA uçub və onların 201-i Moskva regionunda məhv edilib.
A.Vorobyov isə PUA-lardan birinin Podolskdakı "Koledino" industrial parkında yerləşən "Wildberries" anbarına, digərinin isə Domodedovoda dərman anbarına düşdüyünü bildirib. İnsident nəticəsində ərazilərdə yanğınlar baş verib.