- 10:41
Türkiyənin İstanbul şəhərində torpaq sürüşməsi baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə İstanbulun Sultangazi rayonunda baş verib.
Belə ki, yaşayış kompleksi tikintisi sahəsində naməlum səbəbdən torpaq sürüşməsi baş verib.
Sürüşmə nəticəsində tikinti sahəsinin yerləşdiyi küçənin yol örtüyündə də qismən çatlaqlar əmələ gəlib.
Məlumat daxil olduqdan sonra hadisə yerinə xilasedicilər və polis qrupları cəlb edilib.
Qruplar tərəfindən aparılan yoxlamalar və təhlükəsizlik tədbirləri görüldükdən sonra çatların yarandığı küçəyə giriş təhlükəsizlik baxımından bağlanıb.
Hadisə nəticəsində ölən və yaralananların olmadığı bildirilib.
Humay Eminqızı