Muğlada meşə yanğını başlayıb


  • 10:17

Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda sahil ərazisində başlayan yanğın meşəlik sahəyə keçib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, yanğının söndürülməsi üçün Muğla Meşə Regional İdarəsinə məxsus hava və quru qüvvələri əraziyə cəlb olunub.

Muğla valisi İdris Akbıyık yanğın zonasına baxış keçirib.

İdris Akbıyık bildirib ki, yanğın barədə məlumat daxil olduqdan təxminən 10 dəqiqə sonra havadan müdaxiləyə başlanılıb. Ərazinin sıldırım olması səbəbindən qurudan müdaxilənin çətinlik yaratdığını deyən vali yanğınla mübarizənin əsasən hava və dəniz vasitəsilə aparıldığını qeyd edib.

Onun sözlərinə görə, əməliyyata ümumilikdə 217 nəfər şəxsi heyət, 7 təyyarə, 16 helikopter və 82 yerüstü texnika cəlb olunub.

Vali əlavə edib ki, Muğladakı aidiyyəti qurumlar da yanğınsöndürmə işlərinə koordinasiyalı şəkildə dəstək göstərirlər.

Akbıyık yanğının intensivliyinin üç ərazidə azaldığını, bir ərazidə isə alovun hələ də davam etdiyini bildirib.

Humay Eminqızı

Oxşar xəbərlər