Hindistanda məbəddə izdiham: 7 nəfər ölüb, onlarla insan yaralanıb


  • 10:29

Hindistanın Bihar əyalətində yerləşən Aşok Dham məbədində dini tədbir zamanı izdiham baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

İzdiham nəticəsində azı 7 nəfər həlak olub, onlarla insan xəsarət alıb. Xəsarət alanlardan bəzilərinin vəziyyəti ağırdır.

İlkin məlumata görə hadisəyə səbəb elektrik dirəyinin aşması olub. Bundan sonra isə izdiham yaşanıb.

Faciə səhər saatlarında minlərlə dindarın tanrı Şivanın şərəfinə dua etmək üçün məbəddə toplaşdığı zaman baş verib. İlkin məlumatlara görə, ərazidə təxminən 50 000 zəvvar olub.

Qeyd edək ki, bu, həmin məbəddə baş verən ilk belə hadisə deyil. 2019-cu ildə də bənzər izdiham yaşanıb.

Humay Eminqızı

Oxşar xəbərlər