- 10:41
Afrikanın şimal sahilində yerləşən İspaniyanın anklav şəhəri Seutada yüzlərlə miqrant sığınacaq tələbi ilə etiraz aksiyası keçirir.
E-huquq.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, çimərlikdə düşərgə salan miqrantlar İspaniya bayraqları və ölkədə sığınacaq tələb edən plakatlar qaldırıblar.
Xatırladaq ki, iyulun sonlarında on minlərlə qeyri-qanuni miqrant üzərək şəhərə çatmağa nail olub.
Böhran fonunda İspaniya rəsmiləri şəhərdə təhlükəsizliyin təmin olunmasına kömək məqsədilə hərbi qüvvələri cəlb etmək qərarına gəlib.
Ehtimal edilir ki, miqrantların böyük əksəriyyəti artıq Mərakeşə geri qayıdıb.
İspaniya rəsmiləri təxminən 5000 miqrantın hələ də şəhərdə qala biləcəyini düşünürlər.
Humay Eminqızı