Türkiyədə ağır qəza: ölən və yaralılar var


  • 10:41

Türkiyənin Hatay şəhərinin Erzin rayonunda ağır yol qəzası baş verib.

E-huquq.az-ın “TRT Haber”ə istinadən verdiyi məlumata görə, qəza Burnaz məhəlləsində qeydə alınıb. Mehmet S.-nin idarə etdiyi sərnişin mikroavtobusu M.D.-nin idarə etdiyi yük maşını ilə toqquşub.

Qəza nəticəsində mikroavtobusun sürücüsü hadisə yerində həyatını itirib. Nəqliyyat vasitələrində olan 14 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə jandarma, təcili tibbi yardım və yanğınsöndürmə briqadaları cəlb edilib. Yanğınsöndürənlər mikroavtobusda sıxışıb qalan iki nəfəri xilas ediblər.

Xəsarət alanlar ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanalara yerləşdiriliblər.

Qəza ilə bağlı araşdırma aparılır.

Humay Eminqızı

Oxşar xəbərlər