- 13:44
Hindistanın Qərbi Benqal əyalətinin Tarapith şəhərində oteldə güclü yanğın olub.
E-huquq.az xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.
Yanğın gecə saatlarında dörd mərtəbəli otelin birinci mərtəbəsində başlayıb. Alov sürətlə yuxarı mərtəbələrə yayılıb.
Hadisə nəticəsində azı 7 nəfər həlak olub, bir neçə nəfər isə xəsarət alıb.
İlkin məlumatlara əsasən, yanğına binanın elektrik naqillərindəki qısaqapanma səbəb ola bilər.
Humay Eminqızı