- 15:34
Son 48 saat ərzində İsrail ordusunun Qəzza zolağında atəşkəsi pozması nəticəsində 5 nəfər ölüb, 18 nəfər yaralanıb.
E-huquq.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, atəşkəs qüvvəyə mindikdən bəri ölənlərin sayı 1265 nəfərə, yaralananların sayı isə 4 198 nəfərə çatıb.
Dağıntılar altından 813 nəfərin cəsədi çıxarılıb.
İsrailin 2023-cü ilin oktyabrından Qəzza zolağına hücumları nəticəsində ölənlərin ümumi sayı 73 399 nəfərə, yaralananların sayı isə 174 310 nəfərə çatıb.
Humay Eminqızı