Fransada təyyarə qəzaya uğrayıb, yaralılar var


  • 16:54

Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb.

E-huquq.az xəbər verir ki, bu barədə “BFMTV” telekanalı məlumat yayıb.

"Cirrus SR-20" təyyarəsi təlim uçuşu zamanı Salon-de-Provansda qəzaya uğrayıb.

Qəza yerli vaxtla 10:00-da qeydə alınıb.

Hava gəmisinin göyərtəsində olan iki ekipaj üzvü olub yüngül xəsarətlər alıb.

Hərbi qulluqçuların magistral yola təcili eniş etdikləri bildirilib.

Humay Eminqızı

Oxşar xəbərlər