Bolqarıstanda orta aylıq əmək haqqı 10 faiz artıb


  • 17:00

Bolqarıstanda orta aylıq əmək haqqı 10 faiz artıb.

E-huquq.az xəbər verir ki, bu barədə Bolqarıstan Milli Statistika İnstitutu (NSI) məlumat yayıb.

Məlumata əsasən, 2026-cı ilin ikinci rübündə orta aylıq əmək haqqı 1444 avroya çatıb ki, bu da birinci rüblə müqayisədə 2,6 faiz artım deməkdir.

Aylıq göstəricilər göstərir ki, orta aylıq əmək haqqı apreldə 1 476 avro, mayda 1 434 avro, iyunda isə 1 421 avro təşkil edib.

2025-ci ilin ikinci rübü ilə müqayisədə isə orta aylıq əmək haqqı 9,8 faiz artıb.

İllik müstəvidə ən yüksək əmək haqqı artımı mədənçıxarma sektorunda qeydə alınıb.

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektorları 19,5%-lik artımla ikinci yeri tutur. Digər sektorlarda əməkhaqları 15,7% artıb.

Qeyd edək ki, artım dövlət sektoruna nisbətən özəl sektorda daha əhəmiyyətli dərəcədə yüksək olub.

Özəl şirkətlərdə orta əməkhaqqı illik müqayisədə 11,5 faiz artdığı halda, dövlət sektorunda bu artım 4,8 faiz təşkil edib.

Humay Eminqızı

Oxşar xəbərlər