Çin Rusiya ilə 300 milyard dollarlıq ticarət dövriyyəsini hədəfləyir


  • 17:24

Çin Rusiya ilə 300 milyard dollarlıq ticarət dövriyyəsinə çatmağı hədəfləyir.

E-huquq.az xəbər verir ki, bunu Çinin Moskvadakı səfiri Çjan Hanhui deyib.

"Son iki ildə ticarət dövriyyəmiz 200 milyard dolları ötüb və biz 300 milyard dollarlıq göstəricini hədəfləyirik", - səfir bildirib.

Qeyd edək ki, daha əvvəl Rusiyanın Çindəki səfiri İqor Morqulov Çin Mərkəzi Televiziyasına müsahibəsində bildirib ki, mövcud sabit tendensiya nəzərə alınmaqla, Rusiya-Çin ticarətinin həcmi tezliklə ildə 300 milyard dollara çata bilər.

Humay Eminqızı

Oxşar xəbərlər