Antalyada zəncirvari yol qəzasında 17 nəfər xəsarət alıb


  • 10:58

Türkiyənin Antalya şəhərində zəncirvari yol qəzası baş verib.

E-huquq.az Antalyanın Manavqat rayonunda altı nəqliyyat vasitəsinin qarışdığı qəzada altısı turist olmaqla 17 nəfər xəsarət alıb.

Əraziyə tibb və jandarma qrupları cəlb edilib.

Yaralılar Manavgatdakı xəstəxanalara aparılıb. Xəsarət alanlardan heç birinin həyati təhlükəsinin olmadığı bildirilib.

Nəqliyyat vasitələri ərazidən götürüldükdən və yol təmizləndikdən sonra nəqliyyatın hərəkəti bərpa olunub.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Humay Eminqızı

Oxşar xəbərlər