Məzmuna keç

Ukrayna Belqoroda hücum edib, xəsarət alanlar var

Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətinə son sutka ərzində həyata keçirdiyi hücum nəticəsində 20 nəfər yaralanıb.

E-huquq.az xəbər verir ki, bu barədə regionun qubernatoru Aleksandr Şuvayev məlumat yayıb.

O bildirib ki, zərbələr Belqorod, Borisov, Qrayvoron, Krasnaya Yaruqa, Rakitnoye və Şebekino və digər rayonlarına endirilib.

Xəsarət alanlardan 3 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Bildirilir ki, son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələri bölgə ərazisinə 144 dəfə hücum edib.

Humay Eminqızı