- 11:15
İndoneziyanın Sumatra adasında 5,6 bal gücündə zəlzələ qeydə alınıb.
E-huquq.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri 840 min əhalisi olan Padanq şəhərindən 209 km qərbdə yerləşib.
Yeraltı təkanlar 10 km dərinlikdə baş verib.
İnsan tələfatı və ya dağıntı barədə məlumat daxil olmayıb.
Sunami təhlükəsi ilə bağlı xəbərdarlıq elan edilməyib.
Humay Eminqızı