- 11:11
Türkiyənin İstanbul şəhərində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbulun Bayrampaşa rayonunda xəstə daşıyan təcili yardım maşını idarəetmədən çıxaraq minik avtomobili ilə toqquşub.
Qəzadan sonra təcili yardım maşını səkiyə aşıb.
Qəza nəticəsində üç tibb işçisi xəsarət alıb, xəstə isə başqa bir təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
Məlumat daxil olduqdan sonra hadisə yerinə yanğınsöndürmə, tibb və polis briqadaları cəlb edilib.
Polis qrupları qəza ilə bağlı araşdırma aparır.
Humay Eminqızı