Ötən həftə Ukraynanın Rusiyaya hücumu nəticəsində 69 mülki şəxs ölüb


  • 11:34

Ötən həftə ərzində Ukraynanın Rusiyaya həyata keçirdiyi hücum nəticəsində üçü uşaq olmaqla 69 mülki şəxs həlak olub.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnikin ofisi məlumat yayıb.

Bildirilib ki, hesabat dövründə on altısı yetkinlik yaşına çatmayan şəxs olmaqla 406 mülki şəxs yaralanıb.

Kiyev rejimi Rusiya ərazisindəki mülki hədəflərə azı 7 264 dəfə hücum edib.

Hücumlar reaktiv yaylım atəşi sistemləri, artilleriya mərmiləri, minaatan, qumbaralar, PUA-lar vasitəsi ilə həyata keçirilib.

Humay Eminqızı

Oxşar xəbərlər