Kolumbiyada zəlzələ nəticəsində dəymiş ziyan 9,6 milyard dollar həcmində qiymətləndirilir


  • 12:22

Avqustun 10-da Kolumbiyada baş vermiş zəlzələ nəticəsində dəymiş maddi ziyan 30 trilyon peso yəni 9,6 milyard dollar həcmində qiymətləndirilir.

E-huquq.az xəbər verir ki, bu barədə ölkə prezidenti Abelardo de la Espriella məlumat yayıb.

O bildirib ki, bu məbləğin 24,5 trilyon pesosu yəni, 7,8 milyard dolları binaların, 5,5 trilyon pesosu yəni, 1,8 milyard dolları isə infrastrukturun payına düşür.

Bildirilib ki, bunlar ilkin rəqəmlərdir.

Dövlət başçısı qeyd etdi ki, Çoko departamentində dəymiş ziyanın ümumi həcmi mütləq rəqəmlər baxımından digər bölgələrlə müqayisədə daha az olsa da, nisbi ziyan orada ən yüksək səviyyədədir.

Son məlumatlar zəlzələ nəticəsində 289 nəfərin həlak olduğunu və 4187 nəfərin xəsarət aldığını, 142 nəfərin isə itkin düşdüyünü göstərir.

Ümumilikdə 26 945 ev dağılıb, 127 557 evə isə ziyan dəyib.

Xatırladaq ki, avqustun 10-da Çoko departamentindəki San-Xose-del-Palmar şəhərində 7,4 bal gücündə zəlzələ baş verib.

Humay Eminqızı

Oxşar xəbərlər