İspaniyada zəlzələ baş verib


  • 13:41

İspaniyanın Əndəlüs bölgəsinin Granada əyalətində 4,7 maqnitudalı yeni zəlzələ baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə “RTVE” tele-radio şirkəti məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Alendin yaşayış məntəqəsinin şimal-qərbində, 5 kilometr dərinlikdə qeydə alınıb.

Təbii fəlakət nəticəsində insan tələfatı olmayıb, lakin dağıntılar qeydə alınıb.

Dağıntıların miqyası barədə məlumat verilməyib.

Xatırladaq ki, avqustun 15-də Granada yaxınlığında 5,0 maqnitudalı zəlzələ baş vermişdi.

Humay Eminqızı

Oxşar xəbərlər