- 13:41
Türkiyənin Muğla vilayətinin Milas rayonunda sərnişin avtobusu ilə yük maşını toqquşub.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbul-Bodrum marşrutu üzrə fəaliyyət göstərən sərnişin avtobusu Söke-Milas şosesində eyni istiqamətdə hərəkət edən yük maşını ilə toqquşub.
Yol-nəqliyyat hadisəsi nəticəsində avtobusdakı 2 sərnişin həyatını itirib, 18 nəfər isə xəsarət alıb.
Xəsarət alanlar tibb briqadaları tərəfindən yaxınlıqdakı xəstəxanalara aparılıb. Yaralılardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.
Milas Rayonunun icra başçısı Vural Karagül də hadisə yerinə gəlib.
Qəzanın başvermə səbəbləri araşdırılır.
Humay Eminqızı