ABŞ gəmisi Cənubi Çin dənizində günlərlə elektrik enerjisiz qalıb


  • 14:06

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "USS Benfold" esminesi ötən ay Cənubi Çin dənizində bir neçə gün elektrik enerjisiz qalıb.

E-huquq.az “The Washington Post” qəzetinə istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin 7-ci Donanmasının sözçüsü, komandir Metyu Komer məlumat verib.

Komerin sözlərinə görə, iyulun 24-də generatorlarla bağlı texniki nasazlıq səbəbindən gəmidə tam enerji kəsilməsi baş verib.

O bildirib ki, heyət bir neçə gün ərzində içməli su, qida, sanitariya şəraiti və kondisionerlə bağlı çətinliklərlə üzləşib. Hadisə nəticəsində heç bir heyət üzvü xəsarət almayıb.

Komer qeyd edib ki, Filippindəki bir limana yedəklənən gəmidə elektrik enerjisi təchizatı yalnız iyulun 30-da bərpa olunub. "USS Benfold" isə təxminən bir həftə sonra fəaliyyətini davam etdirib.

Humay Eminqızı

Oxşar xəbərlər