Yaponiyada yağan güclü yağışlar nəticəsində ölənlərin sayı 13-ə çatıb


  • 14:34

Yaponiyanın şərqindəki Çiba prefekturasında yağan güclü yağışlar nəticəsində həlak olanların sayı 13 nəfərə çatıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bir nəfər hələ də itkin düşmüş hesab olunur.

Leysan yağışları üç fərdi yaşayış evini tamamilə dağıdıb, 63 ev isə qismən dağılıb.

Xatırladaq ki, avqustun 13-ü və 14-də əraziyə yağan güclü yağışlar nəticəsində bəzi yerlərdə yağıntının miqdarı 350 millimetrə çatıb ki, bu da aylıq normadan üç dəfə çoxdur.

Təxminən 7000-dən çox yerli sakin evlərini tərk edərək, idman zallarında və təxliyə mərkəzlərinə sığınıb.

Humay Eminqızı

Oxşar xəbərlər