- 14:34
Filippinin cənubundakı Zamboanqa şəhərində yerləşən məktəbə silahlı hücum olub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, ilk dərs başlamazdan az əvvəl törədilən hücum nəticəsində 2 şagird və 2 mühafizəçi həyatını itirib. 9 nəfər isə xəsarət alıb.
Hücumu həyata keçirən şəxsin yuxarı sinif şagirdi olduğu ehtimal edilir.
Hadisənin səbəbini müəyyən etmək və məktəbdəki mümkün təhlükəsizlik boşluqlarını aşkar etmək məqsədilə araşdırma başladılıb.
Humay Eminqızı